Ermənilər tərəfindən başla yan Qarabağ müharibəsində bir
çox günahsız insanlarımız itkin düşmüşdür. Onlaıın acı taleyi haqqmda hələhk
heç bir məlumat yoxdur. Şəhid olanlrın və itkin düşənləriıı xatirəsi bizim üçüıı həmişə əzizdir.
Aşağı Ağcakənd qəsəbəsində itkin
düşənlərin xatirəsini əbədiləşdirən “Bulaq kompleksi” tikilmişdir. Bulaq Beynəlxalq
Qızıl Xaç Komitəsmin Qarabağ müharibəsində itkin düşmüş insanlanın ailələrinə
dəstək qrupunun Goranboy üzrə nümayəndəsi, Xocah şəhər sakini Rahilə
Hacıyevanın təşəbbüsü ilə inşa olunmuşdur..
Bulağın
tikintisinə xərclə-nən vəsait komitənin ayırdığı vəsait hesabına reallaşmışdır.
Tikintinin aparılmasında cəmiyyətin sədri Ətrabə Məmmədovanın da xüsusi xidməti
olmuşdur.
Bulağın açılışında rayon, hüquq-mühafızə
orqanlarının rəhbərliyi, itkin düşmüşlərin
ailələri və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Açılışda məktəblilər vətənpərvər
ruhlu şeirlər söyləmişdir. Tədbir çay süfəsi arxasında başa çatmışdır.